Xəbər lenti

İdman 11:25 16.04.2024

Litvalı atlet 38 illik rekordu qırdı

Avropa çempionu, litvalı atlet Mikolas Alekna kişilər arasında disk atmada dünya rekordu qırıb.

Qaynarinfo-nun məlumatına görə, ABŞ-ın Oklahoma ştatının Ramona qəsəbəsində keçirilən yarışda diski 74,35 metr uzağa atan Alekna kişilər arasında uzun müddətdir davam edən rekordu qırıb. 

Buna qədər rekord sahibi alman Yurgen Şult idi (74,08 metr).

Bu arada, Alekna ailəsi kişilər arasında disk atma üzrə yarışlarda tarixdə ən uzaq ilk üç atışdan ikisinə sahibdirlər. Belə ki, Mikolasın atası Virciliyus Alekna 2000-ci ildə 73,88 metr uzağa disk atmışdı.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?