Xəbər lenti

Dünya 21:40 17.04.2024

Qadın bankdan pul almaq üçün əmisinin cəsədindən istifadə etməyə çalışdı (VİDEO)

Braziliyada Erika de Souza Vieira Nunes adlı qadın bankdan pul almaq üçün əmisinin cəsədindən istifadə etməyə çalışıb. 

Qaynarinfo-nun məlumatına görə, qadın cəsədi (Paulo Roberto Braqa) əlil arabasında Rio-de-Janeyrodakı banklardan birinə aparıb. 'Excelsior'da yer alan xəbərə görə, bankın işçiləri  mərhumun adından istifadə edərək 17000 real  (3000 avro ) kredit almağa çalışan qadının hərəkətlərini lentə alıb. Qadın əmisinin baxıcısı olduğunu bildirib. O, əmisinin əlini manipulyasiya edərək sənədə imza atdırmağa çalışıb. 

Bank işçiləri Paulo Roberto Braqanın (68 yaşında) öldüyünü aşkarladıqdan sonra polisə zəng vurublar və sözügedən qadın həbs olunub. 

Əmisinin baxıcısı və onun çox zəif olduğunu bəyan edən Erika cəsədi mənimsəməkdə və böhtan atmaqda ittiham oluna bilər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->