Xəbər lenti

İdman 11:47 04.04.2024

"Qarabağ" bu göstəricidə də birincidir

Azərbaycanda 21 yaşadək futbolçulara ən çox şans verən klub "Qarabağ"dır.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) rəsmi saytında bildirilib. Araşdırmaya əsasən 2023-cü il aprelin üçündən 2024-cü il aprelin ikisinədək Ağdam komandasının heyətində meydana çıxan futbolçuların 6,2 faizinin yaşı 21-dən aşağı olub.

Bu göstəriciyə görə "Zirə" (4,6 faiz) ikinci pillədə yer alıb.  Növbəti yerlərdə 4,3 faizlik göstərici "Sabah" və "Neftçi" dayanıb. 

"Qəbələ" (3,7 faiz) beşinci, "Turan Tovuz" (3,3 faiz) altıncı, "Sumqayıt" (3,2 faiz) yeddinci, "Kəpəz" (1,9 faiz) səkkizinci, "Araz-Naxçıvan" (0,3 faiz) doqquzuncu, "Səbail" (0,1 faiz) isə onuncudur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->