Xəbər lenti

İdman 13:37 09.04.2024

"Qarabağ"dan dünya reytinqində ciddi sıçrayış

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən ayla müqayisədə (61-ci pillə) 13 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırda 176,75 xalla 48-cidir.  

İlk pillədə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti” (401 xal) qərarlaşıb. Madrid "Real”ının (332 xal) ikinci olduğu cədvəldə "üçlüy"ü İtaliya "İnter”i (311 xal) qapayır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->